“Eurovision-2015” mahnı müsabiqəsinin mətbuat mərkəzində ən yaxşı ifaçıların müəyyən edilməsi ilə bağlı jurnalistlər arasında sorğu keçirilib.
Yenicag.az oxu.az saytına istinadən xəbər verir ki, sorğuda Elnur Hüseynov 181 səslə birinci olub. İkici yerdə 179 xalla “Heroes” mahnısı ilə isveçli Mons Zelmerlev, 3-cü isə 171 xalla Norveçi təmsil edən Morland və Deba Skarlet dueti qərarlaşıb.
Maraqlı məqam ondan ibarətdir ki, “Eurovision-2015” rəsmi saytında yerləşdirilən bukmkerlərin reytinqinə əsasən, Azərbaycan təmsilçisi Elnur Hüseynov yeddincidir.
Bu reytinqə İsveçi təmsil edən Mons Zelmerlev başçılıq edir. Bütün bukmekerlər onun qələbə qazanacağına əmindirlər.