Əməkdar artist gənc ifaçıları HƏDƏF ALDI: "O qədər plastik əməliyyat ediblər ki..."
“Baxırsan hamısı bir-birlərinə oxşayır. Səslərini çıxarmasalar, bilmirsən kim kimdir”.
Yenicag.az xəbər verir ki, bu sözləri qarmon ifaçısı, Əməkdar artist Gövhər Rzayeva “İbo şou” verilişində deyib. Sənətçi müasir gənclərin həm ifaçılıq üslubunu, həm də xarici görünümlərini kəskin tənqid atəşinə tutub:
“İndi cavanların hamısı başlayıb oxumağa. Səsi oldu-olmadı, hamı oxuyur. Nə olub, bəyəm oxumaqdan başqa sənət yoxdur? O qədər də plastik əməliyyatlar ediblər ki, hamısı bir-birlərinə oxşayır. Səslərini çıxarmasalar, bilmirsən kim kimdir. Heç birini tanımaq olmur”.
73 yaşlı sənətçi bu yaşına qədər bir dəfə də olsun plastik və ya estetik ədaliyyat etdirmədiyini xüsusi vurğulayıb:
“Hərdən evdə deyirəm üzümdə nəsə etdirim, qızım deyir ki, lazım deyil, ehtiyacın yoxdur. Görün keçmiş qadınlar necə gözəl olublar. Heç o vaxtlar plastik əməliyyatlar da yox idi”.
Nehru













