!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Sənətinlə gündəmə gələ bilmirsənsə...”

!Reklam – Yazi

Bir çox sənətkar səhnəyə yeni qədəm qoyan müğənnilərlə bağlı qalmaqallı fikirlər səsləndirir. Onlar həmin müğənnilərin sənətləri ilə deyil, digər vasitələrlə – şəxsi həyatları, bahalı avtomobilləri, mal-mülkləri ilə gündəmə gəlib, özlərini reklam etdirdiklərini bəyan edirlər. Onları dəstəkləyənlər də var, əksinə, bu iradları qəbul etməyənlər də…

Yenicag.az-a açıqlama verən müğənni əməkdar artist Şölə Səfərəliyeva sənətdə sözünü demiş yaşca böyük sənətkarların bu fikirlərinə reaksiya verib.

O, bu gün sənətçinin şəxsi həyatının tamaşaçı üçün maraqlı olduğunu deyib.

Bununla belə, o hesab edir ki, həqiqətən də, sənəti olan müğənni gündəm naminə özəl həyatı ilə reklam olunmamalıdır:

“Mən də bu fikirlə razıyam ki, müğənni tamaşaçı qarşısına sənəti ilə çıxmalıdır, bahalı avtomobili, bağı, villası ilə deyil. Amma bir şey də var ki, bu gün tamaşaçıya sənətçinin şəxsi həyatı da maraqlıdır. Əgər sənətçi şəxsi həyatını göstərməkdən çəkinmirsə, göstərə bilər. Amma bir şeyin tərəfdarıyam ki, əgər müğənninin həqiqətən sənəti varsa, gündəmə gəlmək üçün digər vasitələrdən istifadə etməsinə ehtiyac yoxdur. Çünki adından da göründüyü kimi, bu, sənin şəxsi həyatın və şəxsi əmlakındır. Gündəmə musiqin, səsin, ifanla gələ bilmirsənsə, digər yollarla reklam olunmağa məcbursan. Bu baxımdan, sənətkarların bu fikirləri ilə razıyam ki, bəli, bəzi sənətçilər daim şəxsi həyatları ilə gündəmdədir. Amma həqiqətən dərinə gedəndə orada yeni musiqi, sanballı bir şey görmürsən və düşünürsən ki, axı niyə belə olmalıdır”.

Cəvahir

www.yenicag.az

282
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv