Əməkdar artist TƏƏSSÜFLƏNDİ: “Artıq mənə müğənni deyəndə o addan utanıram”
“Artıq mənə müğənni deyəndə o addan utanıram”.
Yenicag.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova “İncəSəhər” verilişində deyib.
Uzun müddətdir ki, efirlərdə görünməyən sənətçi “müğənni” adının ucuzlaşdığını təəssüf hissi ilə qeyd edib. O, sənət dünyasındakı mövcud vəziyyəti sərt tənqid edib:
“İnsan müğənni adını daşımaq üçün illərlə çalışmalıdır. İndiki vaxtda müğənni adı çox ucuzlaşıb. Mənə müğənni deyəndə, artıq o addan utanıram. Səhnədə olan adamın kompleksi olmalıdır. Kompleks sütun deməkdir. Yəni o müğənninin səhnədə sütunu olmalı və o, uzaqdan görünməlidir”.
Nehru













