!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Əməkdar artist: “Utanırsan ki, bununla niyə efirə çıxdım axı...”

!Reklam – Yazi

“Elə primitiv, bayağıdan bayağı mahnılar oxuyurlar, adam utanır. Başını salırsan aşağı ki, bununla nahaq efirə çıxdım axı”.

Bu sözləri tanınmış müğənni, Əməkdar artist Eldəniz Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Sənətçi “bəzi sənət adamları səviyyəsinə uyğun olmadığını əsas gətirərək, hər müğənni ilə efirə çıxmağa razılıq vermir, bəs siz necə, verilişlərə dəvət alanda qonaqları nəzərə alırsızmı?” sualını cavablandırıb:

“Əslində, efirə hansı müğənnilərlə çıxdığıma o qədər də əhəmiyyət verən adam deyiləm. Amma elə sənət adamları var, kiminlə efirə çıxmaq onun üçün böyük əhəmiyyət daşıyır, buna fikir verir. Səviyyəcə özlərindən aşağı olan həmkarları ilə eyni verilişə çıxmağa razılıq vermirlər. Bəzən görürsən, adamı həvəsləndirib çağırırlar, deyirlər gəl, filan sənətkarlar olacaq. Gedəndə də həmin verilişdə tamam fərqli müğənniləri görürsən. Amma münasibətə görə həmin adamların qəlbini qırmıram, hətta heç büruzə də vermirəm. Düşünürəm pis olar. Amma sənət adamları var ki, həmin verilişə qatılmaqdan imtina edir və geri qayıdır. Narazılığını da bildirir ki, deyirdin filan müğənnilər olacaq, hanı bəs? Razıyam bu fikirlə ki, hər kəs öz çəkisinə uyğun müğənnilərlə efirə çıxmalıdır. Əks halda, reytinqin də düşür, tamaşaçıların da sənə münasibəti dəyişir. Bu, birmənalı belədir.

Verilişin aparıcısı, rejissoru və digər yaradıcı insanları bəzən məcburiyyətdən həmin adamlarla bərabər sənətkarları da çağırlar ki, veriliş maraqlı, baxımlı olsun. Elə müğənnilər var, səsi ilə yox, geyimi, qalmaqalları ilə gündəmdədir. Həmin müğənnilərlə verilişlərə də çağırıblar, gələndən sonra bilmişəm ki, bərabər efiri bölüşəcəm. Elə primitiv, bayağıdan da bayağı mahnılar oxuyur, adam utanır. Başını aşağı salırsan ki, niyə bununla efirə çıxdım. Gəldiyinə peşman olursan, amma sonrakı peşmançılıq da fayda vermir. Əsas odur sənət göstərəsən”.

Cəvahir

COP29

www.yenicag.az

687
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv