Əməkdar artist Niftulla Əsgərov dəfn olundu - YENİLƏNDİ/FOTO

media-hightechnic-468x90

Əməkdar artist Niftulla Əsgərovla Lənkəran Dövlət Dram Teatrında vida mərasimi keçirilib.

“Report”un cənub bürosu xəbər verir ki, mərhumun tabutu son dəfə vidalaşmaq üçün teatrın səhnəsinə qaldırılıb.

Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, aktyorun ailə üzvləri, həmkarları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Teatrın müdiri vəzifəsini müvəqqəti icra edən İntiqam Hacılı Niftulla Əsgərovun yaradıcılıq yolundan danışıb.

Xalq artisti Qabil Quliyev mərhum aktyor haqqında danışarkən onun oynadığı rolların kiçik və ya böyüklüyünün heç bir əhəmiyyətinin olmadığını, hər bir obraza sevgi ilə yanaşdığını, onu öz dəst-xətti ilə ifa etdiyini bildirib.

Çıxış edən kollektiv üzvləri də Niftulla Əsgərovun səhnəyə çıxdığı an tərəf müqabillərinə xoş aura ötürməsindən, hər zaman pozitiv olduğundan danışıblar.

Vida mərasimindən sonra mərhum Lənkəranın Girdəni kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

 

***

10:32

Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.

Yenicag.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”ında Əliəşrəf bəy və s obrazlara səhnə həyatı verib.

Paralel olaraq “My name is İntiqam”, “My name is İntiqam 2”, “Bayram axşamı”, “Bığ əhvalatı”, “Vəziyyət rusca”, “Elçilik” və başqa filmlərdə, “Bizim Əhməd haradadır?”, “Xalxın evi” və s. seriallarında aktyor kimi çəkilib.

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.

Allah rəhmət eləsin!

media-ziraat-728x90

Əməkdar artist vəfat etdi

media-hightechnic-468x90

oRespublikanın əməkdar artisti Azər Mirzəyev vəfat edib.

Bu barədə Feysbuk sosial şəbəkəsində aktyor Elnur Kərimov məlumat verib. Aktyor 2012-ci ildən bəri iflic xəstəliyindən əziyyət çəkirdi.

Məlumatı dəqiqləşdirməyə çalışacağıq.

Əməkdar artist Azər Mirzəyev bu gecə saat 03:00 radələrində vəfat edib.

Elnur Kərimovun açıqlamasına görə, aktyorun ölümünə ürək çatışmazlığı səbəb olub.

62 yaşında dünyasını dəyişən aktyorun cənazəsi böyüdüyü Sabirabad rayonunda torpağa tapşırılacaq.

Xatırladaq ki, 1952-ci il may ayının 12-də Zərdab rayonunda anadan olan aktyor atasının işi ilə əlaqədar olaraq sonradan ailəsi ilə birlikdə Sabirabad rayonuna köçərək orta məktəbi orada başa vurub. 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında “Azərbaycanfilm”in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub. 1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb. 2006-cı ildən bəri Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsini icra edən aktyor 2012-ci ildə səhhəti ilə bağlı bu vəzifədən uzaqlaşıb.

Akademik Milli Dram Teatrında tanınmış aktyor, əməkdar artist Azər Mirzəyevlə vida mərasimi keçirilməyəcək.

Axşam.az-ın məlumatına görə, teatrın direktoru İsrafil İsrafilov açıqlamasında bildirib ki, əməkdar artist ailəsinin istəyi ilə Sabirabadda, valideynlərinin yanında dəfn ediləcək:

“Artıq kollektivin üzvləri Sabirabaddadırlar. Mən isə Bakıda təşkilati məsələləri həll etməklə məşğulam. Onun üç mərasimini biz təşkil edəcəyik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600