Nikaraquada seçkilər LƏĞV EDİLDİ: “Bir daha asla keçirilməyəcək”
Mərkəzi Amerika ölkəsi Nikaraquanın Dövlət Başçısı Daniel Orteqa ölkədə bir daha “azad” seçkilərin keçirilməyəcəyini bəyan edib.
Yenicag.az xəbər verir ki, Sandinista İnqilabının 47-ci ildönümündə tərəfdarları qarşısında çıxış edən Orteqa, ABŞ müdaxiləsini bəhanə gətirərək muhalifətin hakimiyyətə gəlmək yollarını tamamilə bağladıqlarını bildirib:
“Yankilər (ABŞ) və ya qiyamçılar tərəfindən qurulan partiyaların yenidən hakimiyyətə gələcəyi nağılı bitdi. Burada seçkilər bir daha asla keçirilməyəcək.”
Mühacirətdəki müxalif liderlər Orteqanın ölkədə rəsmən Çin, Şimali Koreya və Kuba modelinə bənzər təkpartiyalı diktatura elan etdiyini bildiriblər. ABŞ Dövlət Katibi Marko Rubio da bəyanatın rejimin gerçək avtoritar xarakterini nümayiş etdirdiyini vurğulayıb.
2007-ci ildən bəri iktidarda olan 80 yaşlı Orteqa son illərdə ölkədəki mediasını, QHT-ləri və müxalif təşkilatları bağlayaraq sert təzyiq siyasəti yürüdür. BM ekspertləri rejimin addımlarının bəşəriyyətə qarşı cinayət təşkil edə biləcəyini bildirir.
Ayşən













