Əməkdar artist, Bakı bələdiyyə Teatrının aktrisası Hüsniyyə Mürvətovanın doğum günüdür.
Aktrisa özəl günündə təssüratlarını Yenicag.az-la bölüşüb:
“Mayın 31-dən iyunun 1-ə keçən gecə doğulmuşam. Yaxınlarım, qohumlarım da məni mayın 31 də təbrik edir. Dünən saat 12-də gecəyarısı bacımgil qəfildən qonaq gəlib, mənə sürpriz etdilər. Sevincimdən şok oldum. Tort, hədiyyələrlə mənim doğum günümü qeyd etdilər. Sevənlərim tərəfindən təbrik selinə tutulmuşam. Çox sevincliyəm. Hərçənd yaş üstünə yaş gəlir, amma bu qədər sevginin əhatəsində sevinməmək mümkünsüzdür”.
Aktrisa gözəllik sirrini də açıqlayıb: “Bir dəfə türk rejissoru mən dedi ki, yaşınızdan çox-çox cavan görünürsünüz. Sevənləriniz çoxdur, yəqin sizi gənc saxlayan da bu sevgidir. Həqiqətən də, bu qədər məni sevən insanlar var, onların sevgi işığı üzümdə-gözümdə əks olunur.
“Özəl təbrik və hədiyyəniz oldumu” sualını əməkdar artist gülərək belə cavablandırdı:
“Özəl adamın özü gərək olsun ki, özəl hədiyyəsini də alım. Allahın qismətinə bağlıdır, nə vaxtsa, olsa, deyəcəm”.
www.yenicag.az