Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Ən çox qazanan aktyor - “Forbes” açıqladı

2018-ci ilin ən yüksək məvacibli aktyorunun adı açıqlanıb.

Yenicag.az xəbər verir ki, Corc Kluni “Forbes”in versiyasına görə bu il ən çox qazanan aktyoyrdur. O, 2017-ci ilin iyun ayından cari ilin analoji dövrünə qədər olan müddət ərzində 239 milyon dollar qazanıb.

Bu barədə jurnalın saytında məlumat yerləşdirilib.

Nəşrin yazdığına görə, onun aktyorluq işi ilə yanaşı, bir milyard dollara yaratdığı “Casamigos Tequila” şirkətinin tekila satışından əldə etdiyi vəsait də Kluninin gəlirlərini artırıb.

2017-ci ildə “Forbes”in reytinqində birinci yeri Mark Uolberq tutub. Həmin vaxt onun illik gəliri 68 milyon dollar təşkil edib.

2018-ci ilin ən yüksək ödənişli aktyorları arasında ikinci yeri Dueyn Conson tutur. O, göstərilən dövr ərzində 124 mln. dollar qazanıb. Aktyorun ötən ildən bu yana gəlirlərini ikiqat artırdığı bildirilir.

Üçlüyü 81 milyon dollar qazanan Robert Dauni kiçik qapayıb.

www.yenicag.az

1744
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100