!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ən faydalı 20 qida məhsulu - SİYAHI

!Reklam – Yazi

Dünya alimləri 1000-dən çox qida məhsulları üzərində elmi araşdırmalar aparıblar. Nəticədə, içlərindən ən faydalı və sağlamlıq baxımından önəmli olan 20 qida məhsullarını seçiblər.

Yenicag.az həmin qida məhsullarını təqdim edir:

1. DƏRMAN ZƏNCİROTUNUN YARPAĞI – A və C vitaminləri, eləcə də kalsium baxımından zəngindir.

2. ÇİA TOXUMU – Bu kiçik qara toxumlar lif nisbətinin yüksək olması ilə bərabər protein, linoleik turşu və digər vitaminləri ehtiva edir.

3. BALQABAQ TUMU – Dəmir və manqanla olduqca zəngindir.

4. PAZI OTU – Tərəvəzlərə parlaq rənglərini verən maddələr baxımından zəngin olduğu üçün güclü antioksidanta malikdir.

5. ÇUĞUNDUR YARPAĞI – Şəkər çuğunduru bitkisinin yarpağı kalsium, dəmir K və B qrupu vitaminləri ilə zəngindir.

6. QURUDULMUŞ CƏFƏRİ- Ədviyyat olaraq istifadə edilən cəfəri bor, florid kalsium ilə zəngin olduğundan oynaq və diş sağlamlığı üçün önəmlidir.

7. QURUDULMUŞ KƏRƏVİZ – Qurudularaq yarpaq halına gətirilmiş kərəviz mineral və amin turşularının əsas mənbəyidir.

8. ADİ ACIQIJI – Su kənarlarında yetişən bu bitki mineral əksikliyində istifadə olunur.

9. MANDARİN – Karotinoid və A vitamini ilə olduqca zəngindir.

10. YAŞIL NOXUD – Bu bitkidə çoxlu miqdarda dəmir, fosfor, maqnezium, sink, mis və lif var.

11. YAŞIL SOĞAN – Fosfor, mis, maqneziumla zəngin olan yaşıl soğan K vitaminin əsas mənbəyidir.

12. QIRMIZI KƏLƏM – Dəniz kənarlarında yetişdiyi təxmin edilən bu bitki vitaminlərlə zəngindir.

13. ÇƏHRAYI QREYFRUT – Karotinoid və likopen piqmentlərinin yığılması səbəbi ilə dilimləri qırmızımtıl rəng alır.

14. BADAM – Tərkibində olan vitaminlər ürək, sinir və beyin fəaliyyəti üçün faydalıdır.

15. DONDURULMUŞ İSPANAQ – Maqnezium, A vitamini və karotinoidlər baxımından zəngin olan ispanağın donmuşu təzəsindən daha faydalıdır.

16. QIRMIZI BİBƏR – A, C, E vitaminləri ilə olduqca zəngindir.

17. REYHAN – Ürəyi qorumaqda ən faydalı bitki sayılan reyhan göbələk və bakteriyaya qarşı da istifadə edilir.

18. KƏLƏMİ KALE – Ortasında yumrusu olmayan bu kələm olduqca faydalı sayılır.

19. ACI BİBƏR – Karotin, riboflavin və bir çox vitaminlərlə zəngin antioksidantlardandır.

20. UZUN SAPLI BROKOLİ – Digər brokolilərdən fərqli olmasına baxmayaraq, çoxlu vitaminlər ehtiva edir.

Tahirə Nur

COP29

www.yenicag.az

3177
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv