!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ər-Riyadda gözlənilən MÜHÜM GÖRÜŞ: Yaxın Şərqdə rəqabət şərtləri necə dəyişəcək? – ŞƏRH

!Reklam – Yazi

“Ehtimal etmək olar ki, bu vəziyyətdə ABŞ-İran danışıqları Səudiyyə Ərəbistanı vasitəsilə həyata keçirilir”.

Bu fikirləri İran Prezidenti İbrahim Rəisinin Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudun səfər dəvətini qəbul etməsinin regiondakı vəziyyətə mümkün təsirini dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, mövcud şəraitdə Səudiyyə Ərəbistanı ilə İran arasında sürətli yaxınlaşmanın baş tutması qeyri-adi hal olardı:

“Bu ölkələr arasında ideoloji ziddiyyətlərin dərinliyini nəzərə alsaq, indiki gedişatı Səudiyyə Ərəbistanı ilə İran arasında yaxınlaşmaq kimi qiymətləndirmək doğru olmazdı.

Eyni zamanda unutmaq olmaz ki, Səudiyyə Ərəbistanı ABŞ-nin Yaxın Şərqdəki ən yaxın müttəfiqlərindən biridir və tərəflər arasında çox sıx əməkdaşlıq mövcuddur.

İndiki şəraitdə Səudiyyə kralının İran Prezidentini ölkəyə dəvət etməsini ABŞ faktoru ilə əlaqələndirmək mümkündür. Ehtimal etmək olar ki, bu vəziyyətdə ABŞ-İran danışıqları Səudiyyə Ərəbistanı vasitəsilə həyata keçirilir.

Çünki dediyim kimi, yuxarıda vurğuladığım səbəblərə görə Səudiyyə Ərəbistanı ilə İran arasında belə sürətli yaxınlaşmanın baş tutması qeyri-adi hal olardı. Ona görə də məsələyə hələ ki bu kontekstdən yanaşmağın daha doğru olduğunu düşünürəm”.

A.Zeynalov

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv