Amerika Birləşmiş Ştatları yalnız onlara sərf edəndə demokratiyanı yada salırlar.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Düzcə vilayətində tərəfdaşları qarşısında çıxış edərkən deyib.
“ABŞ bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatına maliyyə yardımı dayandıracaq. Bəs onların demokratiyası harada? Belə çıxır ki, ABŞ-a ancaq sərf edəndə onlar demokratiyanı yada salır ,” – Ərdoğan deyib.
Onun sözlərinə görə, əks halda ABŞ demokratiya prinsiplərini tərk etməyə hazırdır.
www.yenicag.az