Ərdoğan döyülən hakimə zəng etdi - FOTO

media-hightechnic-468x90

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ankaragücü” – “Rizespor” matçından sonra döyülən və xəstəxanaya yerləşdirilən hakim Halil Umut Melerə zəng edib.

Yenicag.az xəbər verir ki, ölkə başçısı referiyə dəstəyini bildirib.

Ərdoğan Melerə hadisə ilə bağlı araşdırma aparılması üçün nazirlərə tapşırıq verdiyini söyləyib.

Qeyd edək ki, “Ankaragücü” klubunun prezidenti Faruk Koca “Rizespor”a qarşı keçirdikləri matçdakı idarəçilikdən narazı qalaraq final fitindən sonra baş hakim Halil Umut Meleri yumruqla vurub. Referi aldığı xəsarətlərdən sonra xəstəxanaya yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa