Ərdoğan Kolumbiya turnesində sürprizlə qarşılaşıb-Foto

media-hightechnic-468x90

erdogan_mondragon_110215_2Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Latın Amerikası turnesi çərçivəsində Kolumbiyada sürpriz edilib.

R.T.Ərdoğan Kolumbiya Prezidenti Xuan Manel Santosla görüşdükdən sonra sürpriz şəxslə qarşılaşıb.

Belə ki, Kolumbiya Prezidenti türkiyəli həmkarını “Qalatasaray” futbol klubunun keçmiş qapıçısı Fərid Mondraqonla görüşdürüb.

Türkiyə Prezidenti qeyd edib ki, F.Mondraqonun “Qalatasaray”da 6 il uğurlu futbol karyerası olub.

R.T.Ərdoğan martda Türkiyəyə gələcək F.Mondraqonu ailəsi ilə birlikdə qonaq çağırıb(trend).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa