!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğan prezident iqamətgahına gəldi - CANLI YAYIM

!Reklam – Yazi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahına gəlib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içdikdən sonra ölkənin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

Yenicag.az xəbər verir ki, o, Atatürkün məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Rəcəb Tayyib Ərdoğan “Anıtqəbir” ziyarəti çərçivəsində Atatürkün mavzoleyinə əklil qoyub, “Misak-i Milli” Qülləsində “Anıtqəbir Özəl dəftəri”ni imzalayıb. Türkiyə lideri dəftərə yazdığı fikirləri səsləndirib:

“Türkiyə bir seçki prosesini daha rekord iştirak və demokratiya şənliyi əhvali-ruhiyyəsində, dinc atmosferdə başa vurdu. Mayın 14-də TBMM-də vəzifəsini icra edəcək 28-ci çağırış deputatları müəyyən edən millətimiz, mayın 28-də şəxsimizə ikinci turda 52 faizlik səslə bizə böyük rəğbət göstərdi. Həmd olsun, növbəti beş il də nəcib millətimizə xidmət edəcəyimiz üçün bəxtiyarıq. Qarşıdakı beş il ərzində “Türkiyə Əsri” vizyonumuzu həyata keçirmək üçün canla-başla çalışmağa davam edəcəyik. Zəlzələlərin yaralarını sürətlə sarıyıb, zəlzələdən əziyyət çəkənləri ən qısa zamanda yeni yuvalarına qovuşduracağıq. 12-ci dövlət başçısı olaraq dövlətimizi ucaltmağa davam edəcəyik. Ruhun şad olsun!”

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan and içib.

Yenicag.az xəbər verir ki, tədbir Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirilib.

Bununla da R.T.Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb.

***

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi başlayıb.

Yenicag.az xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilir.

R.T.Ərdoğanı parlamentin müvəqqəti sədri, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı qarşılayıb.

R.T.Ərdoğan and içəndən sonra Anıtqəbiri ziyarət edəcək və ardınca onun vəzifəyə başlaması mərasimi keçiriləcək.

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplaya bilməyib.

Mayın 28-də keçirilən ikinci turda “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan 52,18 faiz səslə qalib gəlib.

Qeyd edək ki, R.T.Ərdoğan 1954-cü ildə anadan olub. O, 2003-cü ildən 2014-cü ilədək Türkiyənin Baş naziri olub.

2014 və 2018-ci illərdə dövlət başçısı seçilib.

COP29

www.yenicag.az

309
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv