Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ərdoğan: "Suriyada yeni hərbi əməliyyat keçirdə bilərik"

“Suriyanın şimalında kürd dövlətinin qurulmasına imkan verməyəcəyik və ehtiyac olarsa bölgədə yeni  hərbi əməliyyat keçirəcəyik”. 

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rus mətbuatına müsahibəsində deyib. Prezident bayramqabağı Şanlıurfanın Harran bölgəsində qaçqın düşərgəsini ziyarət edib. Ərdoğan ziyarətdən sonra Rusiyanın “İzvestiye” qəzetinə açıqlama verib.

O, açıqlamasında, Kürd dövlətinin qurulmasının qarşısını almaq üçün Münbiç və Rakkanı nəzarət altında saxlayacaqlarını vurğulayıb.

“Suriyada hazırda neqativ proseslər cərəyan edir. Əgər bu vəziyyət sərhədlərimizin təhlükəsizliyi üçün hər hansı bir təhdid yaradarsa, Fərat Qalxanı əməliyyatında olduğu kimi reaksiya verəcəyik”, deyə Ərdoğan bildirib.

Həmçinin, o, Münbiç və Rakkanı terroristlərdən azad etməyə hazır olduqlarını bir daha dilə gətirib, lakin ABŞ-ın liderlik etdiyi koalisiya gücləri özlərinə tərəfdaş kimi kürd qruplaşmalarını seçib. Türkiyə prezidenti PYD və YPG-ni nəzərdə tutaraq, Ankaranın strateji tərəfdaşlarının terrorçularla birgə hərəkət etməsindən narahat olduğunu da söyləyib.

Yenicag.az

www.yenicag.az

729
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100