Reklam: High Technic
hightechnic

"Ey İsrail, onlara qucaq açan biz olduq" - Ərdoğan

“ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasının bizim üçün heç bir hüquqi əsası yoxdur”.

Yenicag.az bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxışı zamanı deyib.

O, Trampın Qüds qərarının həyata keçirilməsinin heç də asan olmadığını göstərəcəklərini bildirib:

“Qüds məsələsinə görə çərşənbə günü İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı fövqəladə toplantısında müəyyənləşdiriləcək yol xəritəsi ilə bu qərarın həyata keçirilməsinin heç də asan olmayacağını göstərəcəyik. Trampın açıqlaması bizim üçün yox hökmündədir”.

Ərdoğan Rusiya prezidenti Vladimir Putinin sabahkı səfərində Qüds məsələsinin də müzakirə ediləcəyini deyib.

İsrail terror dövləti adlandıran prezident çıxışında yəhudilərin Osmanlı İmperiyasından imdad istədikləri tarixi də xatırladıb:

“Zalım öz qardaşımız da olsa, qarşısında durmaqdan çəkinmərik. Tariximizdə bunun saysız örnəkləri var. Ey İsrail, 1492-ci ildə yəhudilər İspaniyadan köç etməyə məcbur edildiklərində onlara qucaq açan biz olduq, bizim əcdadlarımız oldu”.

www.yenicag.az

1345