Ərdoğandan Abramoviçin danışıqlarda iştirak etməsinə MÜNASİBƏT - VİDEO

media-hightechnic-468x90

“Roman Abramoviç Ukrayna ilə danışıqlara Rusiya nümayəndə heyətinin bir üzvü olaraq qatılıb”.

media-banner_tkm

Yenicag.az “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Əgər Rusiya və cənab Putin öz heyətinin tərkibinə Abramoviçi də daxil edibsə, bu o deməkdir ki, ona inanır, güvənir. O görüşdə hər kəslə olduğu kimi onunla da salamlaşdıq. Danışıqlara qatılan nümayəndə heyətlərinin bütün üzvlərinə uğurlar diləyirəm. Ümid edirəm ki, bu səyin nəticəsini ən qısa zamanda görəcəyik”, – deyə Ərdoğan söyləyib.

Xatırladaq ki, martın 29-u Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib. Müzakirələrdə rusiyalı biznesmen Roman Abromoviçin də iştirak etdiyi məlum olub.

https://youtu.be/2L_fEKyw54I

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05