!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan "Barış Pınarı" açıqlaması - Geri addım atılmayacaq

!Reklam – Yazi

Bütöv Türkiyə və xalqımızın təhlükəsizliyi naminə geri addım atmayacağıq. 

Yenicag.az bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Terrorla mübarizə və regional əlaqələrin gücləndirilməsi” mövzusunda parlamentin iclasında deyib.

“Terror 100 ilə yaxındır davam edir. Türkiyə artıq 35 ildir terrorla mübarizə aparır. Türkiyəyə qarşı qərəzli qüvvələr bu gün də terrorçulara dəstək verməyə davam edir. Bütöv Türkiyə və xalqımızın təhlükəsizliyi naminə geri  addım atmayacağıq. Təhlükəsiz bölgə yaratmaq istədiyimiz əraziləri terror ünsürlərindən azad edəcəyik” – deyə, Türkiyə Prezidenti bildirib.

2017-ci ildə İslamabadda, 2018-ci ildə Tehranda, 2019-cu ildə İstanbulda terrorla mübarizə mövzusunda qəbul edilən qərarlara güvəndiyini bildirən Ərdoğan dost ölkələrdən dəstək istəyib.

Həşim Səhrablı 

www.yenicag.az

1981
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv