!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ərdoğandan dünyaya xəbərdarlıq: “...istədiyinizi bizdən ala bilməyəcəksiniz!”

!Reklam – Yazi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1007 gün sonra ilk dəfə iştirak etdiyi AKP-nin parlament qrup toplantısında sərt fikirlər səsləndirdi.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident Ərdoğan müxtəlif məsələləri əhatə edən geniş çıxışında FETÖ lideri Fətullah Gülənin və şəbəkənin digər fiqurlarının ölkəyə təslim edilməsinə xüsusi yer ayırıb.

Ərdoğan FETÖ-çuları təhvil verməyən ölkələrə xəbərdarlıq edib:

“Gedəcəksən, millətin də arxanca gedəcək. Getdi, elə getdi ki, bu ölkə FETÖ-ya təslim edilmədi. Artıq məhkəmə prosesləri başlayıb. Biz o məhkəmə qərarları ilə şəhidlərimizin ailələrinə öz haqlarını qaytaracağıq.
Həmin qərarları dünyada onları qorumağa çalışan ölkələrə də göndərəcəyik. İndi dünyaya səslənirəm: əgər onların təhvil verilməsinə yardım göstərməsəz, bilin ki, sabah-birisi gün sizin də bizim əlimizə düşənləriniz olanda, onları bizdən ala bilməyəcəksiz.

Onları İnşallah, vətəndaşlıqdan çıxaracağıq. Təhvil verdiz, verdiz, verməsəz, o zaman inciməyin, biz bunu edəcəyik”.

Yeniçağ.Az

www.yenicag.az

1048
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv