“2028-ci ildən sonra yeni bir İstanbul, yeni bir Türkiyə inşa edəcəyik”.
Yenicag.az xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda təşkil olunan 8-ci konqresində çıxış edən partiya sədri və prezident Rəcəb Tayyib Ərdoğan deyib.
“Son nəfəsimə qədər AK Partinin millətə, məmləkətə və insanlığa xidmət mübarizəsində yer almanın haqlı qürurunu yaşayacağam”, – deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.
www.yenicag.az