Ərdoğanın məsləhətçisindən Şeyxlə bağlı NÖVBƏTİ AÇIQLAMA: “Paşazadə Qarabağa görə…”

media-hightechnic-468x90

Türkiyə prezidenti Ərdoğanın müşaviri Mücahit Küçükyılmaz QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı yazdığı qalmaqallı tvitinə aydınlıq gətirib.

media-banner_tkm

Yenicag.az bildirir ki, Küçükyılmaz qeyd edib ki, Şeyxülislam Qarabağda qələbəyə görə, Türkiyə prezidentinə təşəkkür edib:

“İcazə verin, ədalət naminə vurğulayım ki, Şeyxülislam Allahşükür Paşazadə bizim prezidentə Qarabağda qələbəyə görə təşəkkür edib”.

Daha sonra statusunun doğurduğu rezonansla bağlı bildirib:

“Bizlər, fərdlər gəldi-gedərik. Əbədi olan Türkiyə-Azərbaycan dostluğudur”.

Xatırladaq ki, Küçükyılmazın Qurban bayramı ilə bağlı namazda çıxış edən QMİ sədrinin Türkiyəyə və İran rəhbərlərinə təşəkkürünə dair istehzalı tviti ölkədə ciddi rezonans doğurmuşdu.

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05