!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni diasporunun COP29-la bağlı İKİÜZLÜ SİYASƏTİ: “Məqsəd Qreta üzərindən diqqəti buraya yönləndirməkdir”

!Reklam – Yazi

“Hər zaman olduğu kimi beynəlxalq müstəvidə təşkil olunan kampaniyalarda erməni maraqları prioriteti indi də müşahidə edilir”.

Bunu Yenicag.az-a açıqlamasında Bakıda keçirilən beynəlxalq iqlim tədbiri olan COP29-un mahiyyətindən kənar çıxışlar edənlər və ölkəmizə qarşı qarayaxma kampaniya aparanların məqsədindən danışan politoloq Asif Nərimanlı deyib.

Onun sözlərinə görə, bu kimi qarayaxma kampaniyaların təşkilində ermənilər əsas pay sahibidir.

“Yəni burada erməni diasporu və lobbisindən söhbət gedir. Əsas vurğuladıqları məqam isə guya ermənilərin “etnik təmizləməyə məruz” qalmasıdır. Düzdür, belə kampaniyaların təşkilində birbaşa iştirakı olmasa da, Ermənistan maraqlı tərəfdir. “İqlim fəalı” Qreta Tunberqin Ermənistana getməsi və ölkəmizə qarşı aksiyaları İrəvandan davam etdirməsi bunu deməyə əsas verir. Məqsəd birmənalı olaraq iqlim məsələləri sahəsində tanıdılan Qreta üzərindən diqqəti buraya yönləndirməkdir. Bir sözlə, hər zaman olduğu kimi beynəlxalq müstəvidə təşkil olunan kampaniyalarda erməni maraqları prioriteti indi də müşahidə edilir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

138
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv