Erməni əsir qaytarılıb

media-hightechnic-468x90

загруженное (18)Azərbaycandan üçüncü ölkəyə təhvil verilən erməni əsir Akop İnciqulyan Ermənistana qayıdıb.

Akop İnciqulyan Moskvadan tranzit reyslə Yerevana gəlib. Onu Yerevan aeroportunda yaxınları və KİV nümayəndələri qarşılayıb.

Onun Azərbaycandan təhvil veriləndən sonra Rumıniyada qaçqınlar düşərgəsində qaldığı bildirilir. Qeyd edək ki, erməni əsgəri olan Akop İnciqulyan 2013-cü ilin avqustun 8-də qoşunların təmas xəttini keçib və Azərbaycan tərəfinə təslim olub. O, əsgər yoldaşları və zabitlər tərəfindən döyüldüyünü və təhqir olunduğunu bildirib.

Bu ilin avust ayının sonlarında isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa