Fələstin Muxtariyyətinin prezident Mahmud Abbas tərəfindən təsdiq edilmiş yeni hökumətinin tərkibi açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Fələstinin Wafa” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, erməni icmasının nümayəndəsi Varsen Aqabekyan Fələstinin xarici işlər və xaricdəki soydaşlarla (ekpatlar) dövlət naziri təyin edilib.
Agentlik baş nazirin təklifi ilə Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasın təsdiq etdiyi yeni hökumətin siyahısını dərc edib.
Məhəmməd Mustafa xarici işlər naziri təyin edilib. Aqabekyan Fələstin Xarici İşlər Nazirliyinin iyerarxiyasında Mustafadan sonra ikinci olacaq.
Bir sıra ölkələrdə və dövlət qurumlarında, o cümlədən Fələstində dövlət naziri vəzifəsi nazirə tabe olan, eyni zamanda nazir statusuna malik yüksək rütbəli məmur deməkdir.
Yeni hökumət martın 31-də işə başlayacaq.
Xuraman Etibarlı
www.yenicag.az