!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni təxribatının arxasındakı AMİL: "Paşinyan qorxur ki..." - ŞƏRH

!Reklam – Yazi

“Paşinyan qorxur ki, sülhə gözüyumulu getsə, onu devirərlər”.

Bu sözləri Azərbaycan-Ermənistan arasında sürətli sülh müqaviləsinin imzalanması ehtimalı fonunda hələ də atəşkəsin pozulmasına münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ermənistandakı revanşistlər sülhün olmasına mane olmağa çalışacaqlar:

“Çexiyadakı dördtərəfli görüşdə razılıq əldə olundu. Buna baxmayaraq sərhəddə atəşkəs pozulub. Ermənistanda revanşist qüvvələr Paşinyanın siyasətini dəstəkləmir. Onlar əsasən aqressiv müxalifət mövqeyi tutub. Rusiyameyilli Sərkisyan, Köçəryan, Ohanyan çalışırlar ki, sülhə mane olsunlar. Bilirik ki, Ermənistan ordusunun tərkibində onların çoxlu sayda tərəfdarları və adamları var. Paşinyan özü də ictimaiyyətdən çəkinir. O qorxur ki, sülhə gözüyumulu getsə onu devirərlər.

Hesab edirəm ki, atəşkəsin pozulmasında Rusiya və bölgədə maraqlı olan qüvvələrin əli var. Diqqət etmişiksə, hər dəfə Avropada görüş olandan dərhal sonra sərhəddə mütləq təxribatlar olur. Fransa da öz maraqları üçün sülhün olmasına qarşı çıxır. Bunun nəticəsidir ki, Ermənistan ordusu atəşkəsi pozurlar. Dövlət başçısı çıxışında açıq şəkildə bildirdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və onlarla necə danışmağı özümüz bilərik. Bu həm Ermənistan, həm Rusiya, həm də bölgədə maraqlı olan bütün güclərə mesaj idi.

Erməni tərəfi həm də itirdikləri mövqeləri yenidən ələ keçirmək istəyir, ancaq bunun mümkünsüz olduğunu da anlayırlar. Onlar bilir ki, etdikləri hər bir təxribat çox ağır nəticələr verə bilər”.

Səxavət Məmməd

www.yenicag.az

901
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv