!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni təxribatlarının sonu olacaq?: “Yaxın günlərdə Azərbaycan...” - Hərbi EKSPERT

!Reklam – Yazi

“Həm silahlıların çıxarılması, həm də nəzarət-buraxılış məntəqəsinin inşa edilməsi paralel olaraq həyata keçiriləcək”.

Bunu ermənilərin ötən gün keçirdiyi təxribata qarşılıq olaraq Azərbaycanın atacağı addımdan danışan hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistandan Laçın yoluna paralel olaraq keçən Xəlfəli yolu ilə Xankəndiyə silah daşınmasını təsdiqləyən kifayət qədər videogörüntülər və fotofatklar mövcuddur. Həmin faktlar sosial şəbəkələrdə də geniş yayılıb:

“Otuz ay ərzində Qarabağın rus sülhməramlıların nəzarəti altında olan ərazilərində erməni silahlılarının mövcud olması silah-sursat, yanacaq və digər ləvazimatların mövcudluğunu tələb edirdi. Aksiyadan öncə onlar bunun üçün Laçın yolundan və sonra isə alternativ yoldan istifadə edirdisə, aksiya başlayandan sonra Gorus, Laçın, Turşsu, Xəlfəli və Xankəndi marşrutundan istifadə ediblər.

Bu faktların qarşısının alınması üçün Azərbaycan Ermənistanla sərhədin Laçın rayonu ərazisindən keçən hissəsində sərhəd-buraxılış məntəqəsini quraşdırmalı, eyni zamanda da silahlıların çıxarılması üçün əməliyyatlara başlamalıdır. Bunun yaxın günlərdə baş verəcəyindən şübhəmiz yoxdur. Həm silahlıların çıxarılması, həm də nəzarət-buraxılış məntəqəsinin inşa edilməsi paralel olaraq həyata keçiriləcək”.

Nəsimi Ələsgərli

www.yenicag.az

555
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv