Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Erməni Türkiyə bayrağını təhqir etdi - Cinayət işi türk jurnalistə açıldı - Video

Belçikanın Zaventem bölgəsindəki məktəblərin birində təhsil alan 19 yaşlı erməni Türkiyə bayrağını təhqir edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, qardaş ölkənin bayrağını tapdalamaqla kifayətlənməyən erməni həmin videogörüntüləri sosial şəbəkələrdə paylaşıb.

Ancaq bu paylaşıma verilən sərt reaksiyalardan sonra erməni o videonu profilindən silməli olub.

Lakin həmin görüntüləri məktəbdə təhsil alan etnik flaman qızlardan biri mobil əlavələr vasitəsilə yayımlayıb və Belçikada yaşayan türk jurnalist Suat Bezeng bu yolla sözügedən videonu əldə edib.

Bezeng medianın etik prinsiplərini pozmadan, Türkiyə bayrağını təhqir edən erməni gəncin üzünü göstərmədən və adını çəkmədən video ilə bağlı xəbər hazırlayıb. Ancaq jurnalistin bu peşə fəaliyyəti az sonra onun özünə qarşı çevrilib.

Bezeng ifadə verməsi üçün polis idarəsinə çağırılıb və bu xəbəri yayımladığı üçün irqçilikdə ittiham olunub.

Türk jurnalistin sözlərinə görə, haqqında bəhs olunan videonu əldə edən zaman Türkiyə bayrağını tapdalayan o şəxsin erməni olduğunu bilməyib:

“Belə çıxır ki, bu ölkədə irqçilik bir dövlətin bayrağını yerə atıb tapdalamaq yox, o hadisədən xəbər yayımlamaqdır”.
Jurnalist qeyd edib ki, Avropada Türkiyəni, öz dövlətini, vətənini, prezidentini sevən bir türk obrazının olmasına artıq dözə bilmirlər.

Nə qədər qəribə görünsə də, əgər Bezengə qarşı irəli sürülən bu ittiham “sübut”a yetirilərsə, o halda jurnalistə 2 ildən 4 ilə qədər həbs cəzası verilə bilər.

www.yenicag.az

3934
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100