!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Erməni xislətli diaspor sədrini Bakıda kimlər təbliğ edir? - ŞOK FAKTLAR

!Reklam – Yazi

Rusiyada fəaliyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimovun “arvadı”nın erməni olması və qızını da erməniyə ərə verməsi faktı üzə çıxıb.

Yenicag.az xəbər verir ki, Moskvada Azərbaycan diasporunun liderliyinə iddia edən şəxsin və ailəsinin milli mənsubiyyəti çox önəmlidir və bədnam düşmənimiz ermənilərlə qohumluq əlaqəsinə girən şəxs bu posta layiq ola bilməz.

Bu məsələnin gündəmə gətirilməsi haqlı olaraq, Azərbaycan ictimiayyətinin və mediasının da diqqətini çəkmişdir. Ölkəmizin milli maraqlara xidmət edən bütün media qurumları diaspor liderliyinə iddia edən bu şəxsin ermənilərlə qohumluq əlaqəsinə girməsini kəskin şəkildə pisləyib.

Əldə etdiyimiz məlumata görə, Azərbaycanda fəaliyyət göstərən bəzi saytlar erməni maraqlarına xidmət edən və düşmənlərimizlə qohum olan Ağadadaş Kərimov və onun yalnız özündən və qohumlarından ibarət olan təşkilatının təbliğatı ilə məşğuldur. Dosye.org-a daxil olan kimi, saytın manşetində erməni xislətli Ağadadaş Kərimovun təşkilatının banneri yerləşdirilib və onun müsbət imicinin yaradılmasına çalışılıb.

Müvafiq olaraq, Ağadadaş Kərimovun təşkilatının rəsmi saytında Dosye.org-un banneri yerləşdirilib.

İlk baxışda bu sıradan bir fakt kimi görünsə də, əslində erməni maraqlarına xidmət edən təşkilatla Azərbaycanda fəaliyyət göstərən bir saytın bu sayaq əməkdaşlığı çox təhlükəli bir tendensiyadır.

Düşünürük ki, bu sadəcə bir media-diaspor əməkdaşlığı deyil. Həmkarlarımızı erməni xislətli şəxsləri təbliğ etməkdən çəkinməyə çağırırıq!

www.yenicag.az

754
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv