Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ermənilər azərbaycanlı biznesmenə hücum etdi

Ukraynanın Luqansk vilayətinin Artemovskiy rayonunda ermənilər azərbaycanlı biznesmenə hücum edərək onu ölümcül döyüblər.

Yenicag.az Report-a istinadən xəbər verir ki, əslən Ağdam rayonundan olan, 1975-ci il təvəllüdlü Salamov Mürvət Qulu oğlu martın 20-də şəxsi avtomobilində olan zaman ermənilərin hücumuna məruz qalıb.

Ukrayna vətəndaşları olan Karen və Qriqor adlı ermənilər azərbaycanlı iş adamının əvvəlcə avtomobilini yararsız hala salıblar, sonra isə özünü avtomobildən düşürərək dəyənəklə ölümcül döyüblər.

Ermənilər hadisə yerindən qaçıblar. Yerli mafiyanın üzvü olduğu bildirilən Karen və Qriqor əvvəllər M.Salamovu dəfələrlə hədələyibmişlər.

Döyülmə nəticəsində ağır xəsarət alan azərbaycanlı biznesmen rayon xəstəxanalarının birinə yerləşdirilib, vəziyyəti ağırdır.

www.yenicag.az

1742
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS