Ermənilər kəndimizi gülləbaran etdi: 1 yaralı

media-hightechnic-468x90

ateshkes 185Ermənistan Silahlı Qüvvələri ötən axşam Tovuz rayonunun sərhədyanı Əlibəyli kəndini iriçaplı silahlardan güclü atəşə tutub.

Tovuz rayon Əlibəyli kənd icra nümayəndəsi Valeh Rzayevin verdiyi məlumata görə, kənd ötən gün saat 20 radələrindən başlayaraq 4 saat müddətində atəşə məruz qalıb.

Atışma zamanı kənd sakini, 1982-ci il təvəllüdlü Xatirə Əliyeva qolundan yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Bundan başqa, düşmənin atdığı işıqsaçan güllə kənd sakini İsmayıl Nəbiyeva məxsus, 150 kvadratmetr sahəsi olan yaşayış evinə dəyərək yandırıb. Ev yanaraq yararsız hala düşüb.

İcra nümayəndəsinin bildirdiyinə görə, atışma nəticəsində kənddə ümumilikdə 100-dək evə ziyan görüb.

Azərbaycan Ordusunun cavab atəşi ilə düşmən tərəfi susdurulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600