Ermənilərdən növbəti təxribat – Xəritə
Ermənilər Azərbaycanın xəritəsini saxtalaşdırdılar.
Erməni proqramçılar Azərbaycanın real ərazisini təhrif edən xəritə hazırlayıblar.
www.mappery.com saytında yerləşdirilən xəritədə Dağlıq Qarabağ ərazisi müstəqil dövlət kimi göstərilib. Saytda Azərbaycanın təhrif edilmiş xəritəsi ilə yanaşı, qondarma Dağlıq Qarabağ Respublikasının və Stepanakert (Xankəndi) şəhərinin xəritəsi yerləşdirilib.
Xatırladaq ki, Azərbaycan xəritəsinə bu cür hörmətsizlik bir neçə dəfə təkrar edilib. Sonuncu dəfə bir neçə il öncə Ümumdünya Səhiyyə Təşkilatının saytında eynitipli səhvə yol verilmişdi.
Azərbaycan Səhiyyə Nazirliyinin və Xarici İşlər Nazirliyinin etirazından sonra səhv düzəldilmişdi(axar.az).