Ermənilərin 47 faizi sülh müqaviləsinin imzalanmasını istəyir

media-hightechnic-468x90

Ermənistan vətəndaşlarının 47 faizi Azərbaycanla tam və ya qismən sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. 

Yenicag.az xəbər verir ki, bu barədə Beynəlxalq Respublikaçılar İnstitutunun keçirdiyi sorğunun nəticələrindən aydın olur.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 40 faizi sülh sazişinin əleyhinədir. Sülh sazişi ilə bağlı ən pessimistlər 18-35 yaş arasında olanlardır. Burada respondentlərin 48 faizi sülh müqaviləsinin imzalanmasının əleyhinə, 38 faizi isə lehinədir. Əksinə, yaşlı insanlar arasında respondentlərin 58 faizi sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600