Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olur

media-hightechnic-468x90

1022276042- 11Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması haqda müqavilənin imzalanmasını məqbul hesab edən sərəncam verib.

Putinin sentyabrın 1-də imzaladığı sərəncamda müqavilənin Ali Avrasiya İqtisadi Şurasının iclasında, dövlət başçılarının sammitində imzalanmalı olduğu qeyd edilir.

Mayın 29-da Rusiya, Qazaxıstan və Belarus prezidentləri Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Astana şəhərində Avrasiya İqtisadi İttifaqı haqqında müqavilə imzalayıblar. Həmin gün Ermənistan prezidenti Serj Sərkisyan Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulmaq niyyətini açıqlayıb.

Oktyabrın 10-da Belarus paytaxtında Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması məhz həmin gün gerçəkləşə bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600