Ermənistan institusional olaraq onun iş prosesini təsvir edəcək delimitasiya komissiyasının fəaliyyətinin reqlamentini təsdiqləyib.
Yenicag.az xəbər verir ki, Ermənistan Baş nazirinib müavini Mqer Qriqoryanın sözlərinə görə, bu gün rəsmi Bakı da reqlamenti təsdiq edəcək və ölkələr eyni vaxtda sənədin mətnini dərc edəcəklər.
Qriqoryan ikinci sənədin hazırlanmasının zəruriliyindən də danışıb. O, bu sənəddə ölkələrin hansı prinsiplər və hansı xəritələr əsasında delimitasiya aparacaqlarının qeyd edilməli olduğunu söyləyib.
Ermənistan hökuməti Ermənistanın Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyası ilə Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyası arasında görüşlərin və birgə işçi görüşlərin təşkili və keçirilməsi qaydasını təsdiq edib. Sənədin tam mətni bu gün hökumətin iclasından sonra dərc olunacaq./APA
www.yenicag.az