Ermənistan Gömrük İttifaqına daxil ola bilər

media-hightechnic-468x90

sdfdgfdErmənistan aprelin 29-u Gömrük İttifaqına daxil ola bilər.

Bu informasiyanı Ermənistan mətbuatı yayıb.

Mətbuat aprelin 29-u Minskdə Avrasiya Əməkdaşlıq Təşkilatının keçirəcəyi tədbirdə Serj Sərkisyanın da iştirak edəcəyini bildirib. Məhz bu iclas zamanı Ermənistanın Gömrük İttifaqının üzvü olması haqqında sənədi imzalayacağı nəzərdə tutulub.

Qeyd edək ki, Ermənistan Prezidenti Serj Sərkisyan keçən il sentyabrın 3-də Gömrük İttifaqına üzv ola biləcəkləri ilə bağlı açıqlama vermişdi. Bundan bir müddət sonra həm təşkilat, həm də ki Ermənistan tərəfindən bir sıra şəxslər Dağlıq Qarabağ məhsullarının da məhz bunun sayəsində Gömrük İttifaqına üzv ölkələrin bazarlarına çıxarıla biləcəyi haqqında informasiya yaymışdılar(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600