“Ermənistan Gömrük İttifaqından ilk zərbəsini aldı”

media-hightechnic-468x90

скачанные файлы (5)“Rusiyadan asılılığı getdikcə artan Ermənistan iqtisadiyyatı müstəqilliyini tam itirəndən sonra ilk dəfə bu miqyasda olan kütləvi sosial etirazlarla qarşılaşdı. Əslində son günlər Ermənistanda baş verənlər yalnız avtoritar idarəetməyə deyil, həm də Rusiyanın Ermənistandakı hökmran mövqeyinə etiraz nümayişidir. Hazırda Rusiyanın şirkətləri Ermənistanın yalnız enerji bölməsini deyil, telekommunikasiya, dəmir yolları nəqliyyatı və mədən sənayesini bütünlüklə nəzarətə götürüb. Ölkədə ildən ilə ağırlaşan sosial-iqtisadi vəziyyət bu ildən daha da pisləşib. Belə ki, 2015-ci ilin aprel ayına olan məlumata görə, xaricdə yaşayan ermənilərin pul göndərişləri ötən ilin eyni dövrü ilə müqayisədə 56 faiz azalıb. Müqayisə olunan dövrdə idxal 30,5 faiz, ixrac isə 23,1 faiz aşağı düşüb. Bu ilin may ayına Ermənistanın xarici borcları 4 milyard 659 milyon dollara çatıb ki, bu da milli gəlirin 52,8 faizi qədərdir. Bu ildən kəskin azalan xarici investisiyalar iş yerlərinin sürətlə bağlanmasına və yoxsulluğun daha da artmasına gətirib çıxarıb. Belə ki, bu ilin birinci rübünün sonuna yoxsulluq səviyyəsi ölkə əhalsinin 50 faizə qədərini, kənd əhalisinin isə hər 3-dən 2-ni əhatə edib”.

Yenicag.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Qubad İbadoğlu  özünün facebook səhifəsində qeyd edib.

“Baxmayaraq ki, Sarkisyan etirazlar yaradan avqustun 1-dən elektrik enerjisinin 16% qaldırılması haqda qərar iyunun 17-də verilən qərarın qüvvəsini dayandırdı. Amma bu problemin uzunmüddətli dövrdə həlli Sarkisyandan asılı deyil, “böyük qardaş”ının himayəsi ilə idarə olunan bütün iqtisadi sektorlar artıq ermənilərin nəzarətindən çoxdan çıxıb. Odur ki, son etirazlar bu ölkədə iqtisadi böhranın daha da dərinləşərək siyasiləşəcəyindən xəbər verir”-deyə ekspert sözlərinə əlavə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600