!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan internet vasitəsilə terrorçu toplayır – Qarabağda döyüşmək üçün

!Reklam – Yazi

İşğalçı ölkənin hökuməti Azərbaycana qarşı döyüşlərə cəlb etmək üçün internet üzərindən terrorçu axtarışı ilə məşğuldur.

Yenicag.az xəbər verir ki, Ermənistan hökumətinin bu məqsədlə istifadə etdiyi internet resurslarından biri də Voma.center.en saytıdır.

Serveri ABŞ-da olan bu sayt xarici ölkələrdən erməni və digər millətlərə mənsub olan terrorçuların Qarabağa gətirilməsi və Azərbaycana qarşı döyüşlərə cəlb edilməsi məqsədi ilə yaradılıb.

Terrorçulara İrəvanda ödənişsiz təlimlərin keçirilməsi vəd olunur. Ermənistanın bu çağırışa qoşulanlardan yeganə tələbi onların özləri ilə geyim və ilkin tibbi yardım çantası götürmələridir.

İrəvana gələn terrorçuların qısamüddətli təlimlərdən sonra Qarabağa göndərildikləri bildirilir.

www.yenicag.az

2645
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv