“Ermənistan işğalçılıq siyasəti nəticəsində bütün layihələrdən kənarda qalıb”

media-hightechnic-468x90

images“Azərbaycanla Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi keçən il 5 milyard dollar səviyyəsində olub. Türkiyə və Azərbaycanın birgə həyata keçirdiyi layihələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan əsas boru xətti və Bakı-Tbilisi- Ərzurum təbii qaz xətti artıq fəaliyyətdədir. TANAP və TAP layihələri də önəmli işbirliyinin təməlidir”.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Əli Babacan “B-20” Azərbaycan Regional Məsləhətləşmə Forumunda çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanın Cənubi Qafqaz bölgəsində strateji əhəmiyyəti daha da artıb: “Azərbaycan bölgədə güc sahibidir. Biz bu potensialdan istifadə etməsi üçün hər zaman Azərbaycanın yanındayıq”.

Ə. Babacan qeyd edib ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində bütün layihələrdən kənarda qalır: “ATƏT-in Minsk Qrupu 20 ildir fəaliyyətini davam etdirsə də, nəticəsi olmayıb. Ermənistan normal iqtisadiyyat qurmaq istəyirsə, işğalçılıqdan əl çəkməlidir”.

Qonaq Bakıya hər dəfə səfər edərkən şəhərin dəyişdiyini gördüyünü söyləyib: “Biz buna sevinirik. Bakı artıq beynəlxalq şəhərə çevrilib. Keçən həftə Bakıda III Qlobal Forum keçirilib. İyunda 6 min idmançının qatılacağı Avropa Oyunlarına ev sahibliyi edəcək. Bütün bu inkişafı biz də yaxından izləməkdəyik. Azərbaycan böyüməyə davam edir və gələcək illərdə də inkişafın davam edəcəyinə əminik”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600