Ermənistan ordusunda kütləvi oğurluq
Ermənistan Silahlı Qüvvələrində külli miqdarda dizel yanacağının oğurlanması faktına görə bir neçə şəxsə ittiham irəli sürülüb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, ittiham edilən şəxslər arasında diviziya və hərbi hissə komandirləri, hərbi hissənin maddi-texniki təminat bölməsinin əməkdaşları, hətta icma başçısı da var.
Qəzet yazır ki, bu şəxslər dizel yanacağı alveri hesabına böyük sərvət toplayıb, bahalı maşınlar alıb, villalar tikdiriblər.