!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistan Rusiya hərbi bazasını ərazisindən çıxarmaq istəsə, faciə ilə nəticələnəcək" - Hərbi ekspert

!Reklam – Yazi

Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazasına məxsus avtomobil karvanının Şirak vilayətinin Panik kəndinin içi ilə atəş aça-aça hərəkət etməsi, erməni ictimayəti arasında narazılığa səbəb olub.

Rusiya hərbçilərinin bu addımına görə üzürxahlıq tələb edən ermənilər, baş vermiş hadisəni müstəqil dövlətlə hesablaşmamaq kimi qiymətləndirirlər. Ermənilərin əksinə olaraq isə ruslar baş vermiş hadisəni böyütməməyə çağırdı, hətta erməni ictimaiyyətinin narazılıq etməyə haqqı çatmadığını bildirib. Məlum olub ki, hərbçilər “xolostoy” patronlardan atəş açıblar.

Baş vermiş hadisəni və gedişatı hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a şərh edib:

“Atəş açılması əvvəlcədən planlaşdırılmış bir şey olmayıb. Rusiya Ermənistanla münasibəti siyasi, iqtisadi yollarla həll etmək istəyir. Düşünmürəm ki, məxsusi olaraq hərbçilərə kənddən keçəndə atəş açmaq tapşırığı verilib. Çox güman ki, əvvələr də belə hadisələr olub. Ancaq buna Ermənistan ictimaiyyəti reaksiya verməyib. Ermənilər bu gün tarıma çəkilmiş kaman vəziyyətindədirlər və hadisələrə həddindən artıq sərt reaksiya verirlər. Karvanda olan zabitlərdən birinin dəfələrlə üzr istəməsinə baxmayaraq, başda kənd bələdiyyəsinin sədri olmaqla, yoldan keçən sakinlər də emosional reaksiya verdilər. Son zamanlar Ermənistan ictimaiyyətində Qərbə yönəlmə açıq-aşkar görünür. Hesab edirəm ki, parlament seçkilərində də hakimiyyət xalqın fikri ilə razılaşacaq. Bu isə özü özlüyündə Ermənistanla Rusiya arasındakı böhranın dərinləşməsinə gətirib çıxaracaq. Rusiya Ermənistan üzərindən əlini, nüfuzunu çəkən deyil”.

Rusiya hərbi bazasının Ermənistandan çıxarılma ehtimalına gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Ola bilər ki, ermənilər Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına cəhd etsin. Paşinyan hakimiyyətə gəlməmişdən öncə Rusiya hərbi bazasına yaxın ərazidə mitinq keçirdi. Bu özü də bir mesaj idi. Hər bir halda Paşinyan Qərbyönümlü siyasət yerinə yetirirsə, Qərb qarşısında öhdəlik götürübsə, Rusiyanın Qafqazdan çıxarılması üçün Rusiyanın hərbi bazasını Ermənistan ərazisindən çıxarmalıdır. Ancaq hərbi bazanın Ermənistan ərazisindən çıxarılması ilə iş bitmir. Ümumilikdə, Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır. Ermənistanın ən çox öyündüyü, fasiləsiz elektirik enerjisi ilə təmin etdiyi, xaricə satdığı Atom Elektrik Stansiyası Rusiyanın nəzarəti altındadır. Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır. Rusiyada böhran olan kimi bu dərhal Ermənistanda hiss olunur”.

Sonda isə Tərlan Eyvazov qeyd edib ki, əgər Ermənistan Rusiya hərbi bazasını ərazisindən çıxarmaq istəsə, bu, faciə ilə nəticələnəcək.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2112
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv