Ermənistan və ABŞ birgə hərbi təlimlər keçirdi

media-hightechnic-468x90

Ermənistanla ABŞ arasında ikitərəfli əməkdaşlıq çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Tibbi Təminat İdarəsinin səhra mobil hospitalı “Birgə Qərar-2025” çoxmillətli hərbi təlimlərində iştirak edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlimlərdə iştirak edən Ermənistan Müdafiə Nazirliyinin tibbi personalı və ABŞ Milli Qvardiyasının hərbçiləri birgə yaradılmış qruplarda ağır şəraitdə yaralılara təcili tibbi yardım göstərib, cərrahi müdaxilələr edib və təxliyyəni təşkil ediblər.

Qeyd edək ki, təlimlər ABŞ-ın Almaniyanın Hoenfels şəhərində yerləşən hərbi bazasında keçirilib.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600