Ermənistanda “enerji savaşı”nı hansı qüvvələr aparır? – Analiz
“Dərin Ermənistan və Diasporanın Deşifrəsi” kitabının müəllifi
Dr. Fuad Hilalov Yenicag.az-a yazdi
Son günlər Ermənistanda baş verən kütləvi etiraz aksiyalarının səbəbi olaraq, əhalinin hökümətin bütün enerji tariflərini 7 dram, yəni iki qəpik bahalaşmasına reaksiyası olaraq göstərilir. Lakin aksiyalarının və onlara qədər ki proseslərin təhlili incələndiyi zaman, bunun yalnız tarif artımına qarşı etiraz olmadığını görürük.
İlk etiraz dalğası keçən həftənin axırlarından Erevanın mərkəzindəki Azadlıq meydanında başladı. 4 minə yaxın etirazcı hökümətin bahalaşma ilə bağlı qərarının ləğvini tələb etməyə başladı. Lakin həftənin ilk günündən etibarən hadisələr daha sərt müstəviyə keçdi. Etirazçılar höküət binalarının və prezident igamətgahının yerləşdiyi Baqramyan prospektini bağlayaraq burada oturaq aksiya keçirməyə başladılar. Prezident Sərqsyan etirazçıların öz aralarında seçdiyi 4-5 nəfərlik nümayəndə heyəti ilə görüşü qəbul etməyinə, bunun əvəzində isə Baqramyan prospektini boşaldılmasının tələb etməsinə baxmayaraq, etirazçılar bu təklifi qəbul etməyərək sona qədər mübarizə aparacaqlarıını bildirdilər. Nəhayət keçən gecə təhlükəsizlik qüvvələri su vuran maşınların köməyi ilə prospekti etirazçılardan təmizlədilər. İğtişaş nəticəsində 230 nəfər saxlanılıb, onlarla insan yaralanıb.
Bu hadisələri Ermənistanda rəngli inqlabın və ya belə demək mümkündüsə “Maydan” məşqlərinin növbəti mərhələsi olaraq adlandırmaq olar.
İlk belə “məşğələ” bu il yanvarın 12-də Gümrü şəhərində 102 saylı Rusiya hərbi hissəsinin əsgəri Valeriy Permyakovun şüphəli bilindiyi və bir ailənin yeddi üzvünün qətli ilə nəticələnən cinayətdən sonra şəhərdəki kütləvi iğtişaşları göstərmək olar. Təbii ki çok ağır faciə yaşanmışdı. Amma müəyyən qüvvələr sanki buna hazır idi. O vaxtı vəziyyəti sabitləşdirmək mümkün oldu. Fevral ayında isə narıncı inqlabların “xaç anası” ABŞ Dövlət Katibinin köməkçisi Viktoriya Nulandın Ermənistana səfərini yaddan çıxartmaq olmaz. Ukraynadakı maydan hadisələrində birbaşa iştirakını gizlətməyərək etirazçılara peçenyə paylayan Nuland, o zaman Ermənistanda Qərb fondlarının maliyələşdirdiği erməni QHT təmsilçilərinin nümayəndələri ilə bağlı qapılar arxasında görüş keçirmişdi. Artıq o zaman, təhlilçilər bu görüşün nəticəsiz qalmayacağını Qərbin xaos və qarışıqlıq planlarının növbəti qurbanı olaraq Ermənistanı göstərirdilər. Məsələn, ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan kommandasının üzvü Pol Kreyq Roberts bu planları açıq şəkildə bəyan edərək belə demişdi: “Bizdə (yəni ABŞ-da) keçən il Ukraynadakı dövlət çevrilişinin eynisinin Ermənistanda həyata keçirilməsi planlaşdırılır. Bu, Vaşinqtona keçmiş SSRİ-nin tərkibində olan daha bir ölkə ərazisində hərbi baza qurmaq imkanı verəcək.” Kreyqin sözlərinə görə, “Viktoriya Nulandın Ermənistana səfərinin məqsədi, siyasətçilərin rüşvət ilə əldə edilməsi, QHT-lərin malliyəşdirməsi və insanların küçələrə çıxarılması nəticəsində Ermənistanda dövlət çevrilişinə zəmin hazırlamaqdır”.
Məsələ ondadır ki Serj Sarkisyan və onun yaxın ətrafi Ermənistanda iqtisadiyyatın bütün sahələrinə total şəkildə nəzarət edirlər. Bəli, müasir dünyada oliqarxiyanın təsirli olmadığı heç bir ölkə yoxdu, amma Ermənistanda ailə oliqarxiya rejimi bütün sərhədləri aşaraq, ölkəni kriminal tərzdə birbaşa qarət edir. Ona görə də Baqramyan prospektindəki etirazçıların “Rədd olsun banda!” çağırışı etməsi çox məntiqlidir. Lakin məntiqli olmayan və kifayət qədər düşündürücü olan bu şüarın ermənicə deyil, ukrayna dilində “Bandu get” olaraq səslənməsidir. Son etiraz aksiyaları ilə klassik maydan lahiyəsinini oxşar tərəfləri kifayət qədərdir. Hələ Azadlıq meydanında aramsız etiraz aksiylararı zamanı oraya səhra mətbəxlərnin gətirilməsi, enerji tariflərinin artmasına qarşı olan aksiyalarda Ermənistan bayraqları ilə barəbər hardansa Avropa İttifaqının bayrağının peyda olması, aksiya iştirakçılarının xarakterik davranış və əl hərəkətləri bu hadisələrin heç də kor təbii olmadığını göstərir.
Bir başqa maraqlı cəhət isə etiraz aksiyalarına ənənəvi Ermənistan müxalifət düşərgəsinə aid olan siyasi partiyalarının rəhbərlik etməməsidir. İlin əvvəlində yaşanan Gümrü hadisələri və son həftə yaşanan hadisələr Ermənistanda Qərb fondları tərəfindən maliyyələşdirilən QHT-lərin siyasi səhnəin aktiv oyunçuları olaraq ortaya çıxdığını göstərir.
Təbii ki bundan sonra müxalif partiyarlarının bu etiraz dalğasından istifadə eədəckləri şüphəsizdir və bu normaldır.
Bir diğər faktor olaraq isə bu etiraz dalğasının arxasında Ermənistanın rəsmi dairələrinin və Serj Sərqsyanın kommandasının durabilməsi ehtimalıdır. Məsələ burasındadır ki, son vaxtlar Ermənistanın bölgədəki ən böyük hamisi olan Rusiya ilə Azərbaycanın arasında yaxınlaşma hiss olunur. Rusiya daimi olaraq ehtiyac içində olan, hər şeyi ilə Rusiyadan asılı olmasına baxmayaraq hər an ona xəyanət edərək Qərbin ağuşuna atılma ehtimalı olan Ermənistana hamilik etməkdənsə, Azərbaycanla möhkəm əsaslara dayanan ikitərəfli əməkdaşlığın inkişafına daha çox önəm verir ki, bu da rəsmi Yerevanı və onun rəhbərliyini qıcıqlandırmaya və qorxuya salmaya bilməz. Buna görə də ölkədəki anti – Rusiya meyllərinin artmasını və bunun nəticəsində Moskvanın Erməinstanda nəzərat etdiyi enejrinin sektorunun onun əlindən çıxabilməsi ilə Rusiyanı şantaj etməsi ehtimalı da var. Lakin belə bir riskli oyun Sərqsyanın özü üçün çox pis qurtara bilər.
Avromaydan hadisələri də başlayanda Ukraynanın o zamankı prezidenti Yanukoviç bu prossesləri dəstəkləyib Rusiyanı şantaj edərək daha çox dividentlər əldə etmək istəyirdi. Sərqsyan Yanukoviçin aqibətinin heç də unutmamalıdır.
Yazının əvvəlində də deyildiyi kimi Baqramyan prospektində baş vərənlər Ermənistanın gələcək siyasi həyatında yaşanacaq çox önəmli prosselərin ilk mərhələsidir. Ölkə rəhbərliyi bu prosseslərdən özünü necə qoruyacaq? Təxmin etmək çətindir. Lakin əminliklə demək olar ki Erevanda “maydanın” baş verməsi həm Ermənistana, həm də bölgəyə yaxşı heçnə vəd etmir. Ermənistanda qərb yönümlü siyasi qüvvələrin istər Azərbaycana istərsə də Türkiyəyə qarşı çox çox daha mənfi və neqativ mövqe nümayiş etdirirmələri və indiki hakimiyyətdən daha mənfur düşmən olmalarını yaddan çıxartmaq olmaz.