Ermənistanın keçmiş prezidenti Robert Koçaryanı zaminə buraxmış hakim David Qriqoryanın vəzifə səlahiyyəti dayandırılıb.
Yenicag.az xəbərverir ki, bu barədə Ermənistanın Ali Məhkəmə Şurası məlumat yayıb.
Bildirilib ki, Şura D.Qriqoryanı “Xidməti saxtakarlıq” maddəsinin 3 epizodu üzrə ittiham edərək ona qarşı cinayət işinin başlanmasına razılıq verib.
Qeyd edək ki, iyulun17-də D.Qriqoryanın kabinetində axtarış aparılıb və qapısı möhürlənib./Report/