!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanda həbs edilən Belarus vətəndaşı siyasi sığınacaq İSTƏDİ

!Reklam – Yazi

Belarus təhlükəsizlik qüvvələrinin tələbi ilə Ermənistanda həbs edilən Belarus vətəndaşı siyasi sığınacaq istəyib.

Yenicag.az erməni mediasına istinadla xəbər verir ki, Belarus Baş Prokurorluğunun tələbi ilə Ermənistanda həbs edilən belaruslu Yaroslav Novikov rəsmi İrəvandan siyasi sığınacaq istəyib.

Vəkili Arayik Papikyanın sözlərinə görə, Novikov Belarusa ekstradisiya ediləcəyi təqdirdə cinayət təqibindən qorxduğu üçün sığınacaq istəyib.

Vəkil deyib ki, müdafiə etdiyi şəxs siyasi sığınacaq üçün müraciətlə bağlı Ermənistan qanunvericiliyinin bütün prosessual tələblərini yerinə yetirib.

Onun müdafiəçisi Ermənistan məhkəməsinin Novikovun sonradan Belarusa ekstradisiyası üçün 40 sutka həbs edildiyi qərarından apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, Novikov fevralın 2-də Ermənistan-Gürcüstan sərhədini keçərkən saxlanılıb.
2023-cü ilin yayında Belarusda hərbi xidmətdən yayınan şəxsə qarşı iş açılıb. Ötən ilin sentyabrında həmin şəxs dövlətlərarası axtarışa verilib.
Belaruslu Gürcüstandan Bolqarıstana köçməyi planlaşdırsa da, viza ala bilməyib.
Novikov həbs olunmaq riski olduğundan viza almaq üçün Belarusa getməyib.
O, qonşu Ermənistana gedib və orada saxlanılıb.

Xuraman Etibarlı

www.yenicag.az

141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv