Ermənistanda koronavirusa rekord sayda yoluxma qeydə alındı

Ermənistanda son sutkada rekord sayda yoluxma qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan yayıb.

Məlumata görə, ölkədə son sutka ərzində 723 yoluxma faktı qeydə alınıb. Daha 6 nəfər isə ölüb.

Bununla da qurbanların sayı 264-ə, yoluxanların sayı isə 16 004-ə çatıb.