Ermənistanda koronavirusdan ölənlərin sayı 762 nəfərə çatdı

Ermənistanda son sutkada daha 52 nəfər koronavirusa yoluxub.

Yenicag.az xəbər verir ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 102 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 8 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 762 nəfər olub.