!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ermənistanda Qərbin təsiri hədsiz güclənəcək" - Azərbaycanı gözləyən təhlükə

!Reklam – Yazi

Rusiyalı politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Qriqori Trofimçuk Yenicag.ru-ya Ermənistanda baş verənlərlə bağlı fikirlərini bölüşüb.

Serj Sarkisyanın istefasını dəyərləndirən ekspert bildirib ki, hələ ki, ciddi şəkildə heç nə baş verməyib. O, Sarkisyanın istefa verdiyini, ancaq mövcud hakimiyyətin dəyişmədiyini qeyd edib:

“Görünür, Sarkisyan düşünüb ki, bu vəziyyətdə də  heç nə itirmir. Belə ki, hakimiyyətin devrilməsi bütövlükdə tam başqa bir prosesdir. Ermənistanda nə baş verdiyi isə hələ də aydın deyil. Ermənistan diasporasının bu zamana qədər görünməyən həddə fəallığı  xaricdən göstərilən müdaxilədən xəbər verir”.

Politoloq Ermənistandakı proseslərin Cənubi Qafqaza və bütövlükdə Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərəcəyinə dair də proqnozunu açıqlayıb:

“Cənubi Qafqazda vəziyyət qəfildən çətinləşdi. Artıq regionda siyasi balans məsələsi gündəmdə dayanır. Ermənistanda hakimiyyət eyni qalır. Lakin onun məhv edilməsi prosesi artıq iş salınıb.  Təbii ki, Azərbaycan İrəvandakı proseslərin torpaqların qaytarılmağına kömək edəcəyini hesab edir. Lakin bu illuziyadır. Əgər bundan əvvəl İlham Əliyevin danışıqlar masası arxasında hansı Sarkisyanla oturacağı bəlli deyildisə, indi vəziyyət daha qəlizləşib. Ermənistanda müxalifətin qərbmeyilli olduğunu nəzərə alsaq, deyə bilərik ki, burada Qərbin təsiri hədsiz güclənəcək. Yeni rəhbərlik hətta “Qarabağ klanı” ilə əlaqəsi olmasa belə, Azərbaycana qarşı heç bir güzəştə getməyəcək. Gələcək hakimiyyətin siyasəti isə müəmmalı olaraq qalır. Bu isə Azərbaycanın təhlükəli hadisələrin zolağına düşdüyünü xəbər verir”.

COP29

www.yenicag.az

2141
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv