!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistanın bu hərəkəti özünün iflası ilə nəticələnəcək” – DEPUTAT

!Reklam – Yazi

“Ümumilikdə Qərb, xüsusilə də Fransanın hansısa əraziyə ayaq basdıqda baş verdiyi proseslərdən hər kəs xəbərdardır”.

Bunu Ermənistanın Azərbaycana qarşı təxribatçı addımlarının nə ilə nəticələnəcəyi barədə fikirlərini səsləndərinən Milli Məclisin deputatı Aydın Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında keçirilən görüşün iqtisadi sahədə planlandığı deyilsə də nəticə göz qarşısındadır.

“Vətən müharibəsi zamanı məğlub olan, Azərbaycan ərazilərindən çıxmaqla bağlı üzərinə öhdəlik götürən və kapitulyasiya aktına imza atan Ermənistanın birbaşa olaraq Fransanın diqtəsi ilə hazırda təxribatlar törətməkdədir. Yəni Brüssel görüşünün mahiyyəti özünü büruzə verdi. Bəli, Qərb Ermənistanı alətə çevirərək, Cənubi Qafqazda öz çirkin planlarını həyata keçirməyə çalışır”, – deputat bildirib.

O vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn prinsiplərinə söykənərək, hər zaman öz suveren ərazilərini qorumaq iqtidarındadır:

“30 il ərzində işğalçı Ermənistanın xüsusilə Fransa tərəfindən dəstəkləndiyini gördük. Sonda nə oldu? Ermənistan kapitulyasiya aktına imza atdı, Azərbaycan isə qalib ölkəyə çevrildi. Əgər Ermənistan yenə də Fransanın sözü ilə cəsarətlənib Azərbaycana qarşı addım atacaqsa, birmənalı olaraq özünün iflası ilə nəticələnəcək.
Bu gün Ermənistanın yeganə çıxış yolu Azərbaycanın hazırladığı və təklif etdiyi sülh sənədinə imza atmaqdır. Yalnız sülh əldə olunandan sonra region ölkələri ilə münasibətləri yaxşılaşa, regionda söz sahibi olan Azərbaycanla yeni layihələrə qoşula bilər.

Ümumilikdə Qərb, xüsusilə də Fransanın hansısa əraziyə ayaq basdıqda baş verdiyi proseslərdən hər kəs xəbərdardır. Yəni İrəvana kənar heç bir qüvvə dəstək göstərməyəcək. Nə qədər ki, gec deyil, Ermənistan reallığı dərk etməli, sülh müqaviləsinin imzalanması üçün qəti mövqe sərgiləməlidir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv