Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ermənistanın Rusiyaya qarşı çıxması intihara bərabərdir” – Rusiyalı politoloq

“Koçaryanın həbsi Ermənistan siyasətindəki Rusiyayönlü seqmentin “təmizlənməsidir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ermənistanda keçirilmiş erkən parlament seçkilərindən sonra İrəvanın seçəcəyi mümkün siyasi kursu dəyərləndirən Rusiyalı politoloq, “Tsarqrad” telekanalının siyasi icmalçısı Kamran Həsənov deyib.

– Paşinyan seçkidə qalib gəldikdən sonra ölkəsini hansı istiqamətə yönəldəcək?

– Bu məsələ hər kəsi maraqlandırır. Ermənistanda geosiyasi vəziyyət mürəkkəb olduğu üçün bu ölkə istər Qərb, istərsə də Rusiya üçün hələ ki müəmmadır. Hərçənd onun hakimiyyətə gəlişi Qərbin dəstəyi ilə Ukrayna, Gürcüstan və Qırğızıstanda baş verən “məxməri inqilab”dan fərqlənmir.

Hesab edirəm ki, Qarabağ münaqişəsi Paşinyanı Avropa demokratiyasına vurğunluğuna baxmayaraq, Rusiyadan əks istiqamətə “sürüşməkdən” çəkindirəcək. Bununla belə, Paşinyan strateji planda Ermənistanın qərbləşdirilməsi və rusiyayönlü postsovet elementlərindən təmizlənməsinə çalışacaq. Bu proses bütün sahələri əhatə edəcək. Paşinyan Avrasiya İttifaqı və KTMT daxilində loyallıq üçün Rusiyadan “qiymət”i artırmağı tələb edəcək.

– ABŞ və Rusiya arasında Ermənistanın gələcəyinə dair məxfi məsləhətləşmələr aparılması haqda nə deyə bilərsiz?

– İndiki mürəkkəb geosiyasi gərginlik şəraitində MDB üzrə hər hansı məxfi anlaşmaların əldə olunması şübhəli görünür. Digər tərəfdən, regionun bir sıra ölkələri məhz ABŞ-Rusiya qarşıdurmasından yararlanaraq, daha müstəqil siyasət yürüdə bilirlər.

– Koçaryanın yenidən həbs olunması necə qiymətləndirilməlidir?

– Koçaryanın həbsi Ermənistan siyasətindəki Rusiyayönlü seqmentin “təmizlənməsidir”. Koçaryan Ermənistanda hələ ki müəyyən təsir imkanlarına malikdir və siyasi rəqiblərinin zərərsizləşdirilməsi Paşinyana öz kürsüsündə daha rahat əyləşməyə imkan verir. Bu həbsin Qarabağdakı vəziyyətə təsir edəcəyi gözlənilmir – Qarabağın erməni əhalisi, iqtisadiyyatı və rejimi Ermənistandan asılıdır. Xankəndinin İrəvana, Ermənistanın isə Rusiyaya qarşı çıxması intihara bərabərdir.

Qafqaz Ömərov

www.yenicag.az

3879
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100